MÜTƏFƏKKİR DÜŞÜNÇƏ, SİYASİ İRADƏ SAHİBİ

MÜTƏFƏKKİR DÜŞÜNÇƏ, SİYASİ İRADƏ SAHİBİ

23.12.2022 Off By Füzuli İsmayılov

Hörmətli İlham Heydər oğlu, möhtərəm Prezident!

Bu xoş gündə partiyamız adından Sizi və ailənizi, bütün xalqımızı doğum gününüz münasibətilə təbrik edir, səmimi salamlarımı çatdırıram. Bütün cəmiyyət üzvlərinə bəllidir ki, yaxşı həyatın keyfiyyəti üçün ilkin şərt rifah, səhiyyə və təhsildir. Ölkədə bu sahədə uzun illər əldə edilmiş nailiyyət, yoxsulluğun ünvanlı şəkildə tam aradan qaldırılması davam edir.
Ötən illər ərzində iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasının təmin
etdirilməsi, xalqımızın ən ağrılı yeri olan Qarabağımızın Sizin müdrik, mütəfəkkir düşüncə və siyasi iradəniz sayəsində geri qaytarılması,düşmən əsarətindən azad edilməsi, torpaqlarımızın bütövlüyünün təmin edilməsi, ölkədə vətəndaş həmrəyliyinə, siyasi birliyə nail olunması bir daha sübut etdi ki, Azərbaycan etibarlı əllərdədir, şərəflə qorunur, gələcək nəslə alnıaçıq, üzüağ ötürüləcəkdir! Bu, Sizin iradəniz, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailəsinə dəstəyi, xalqımıza göstərilən məhəbbətin təcəssümüdür.

Siyasi elitanın bir nümayəndəsi olaraq Müstəqil Xalq Partiyasının rəhbərliyi və üzvləri adından Sizi doğum günü münasibətilə təbrik edir, üzərinizə düşən bütün öhdəliklərin həmişə olduğu kimi bundan sonrada zəfərlə həyata keçirməyinizi arzulayırıq.

Sizə cansağlığı, xoş həyat arzusuyla ,

Hacı Əflan İbrahimov, Müstəqil Xalq Partiyasının sədri

Share