Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edildi
30.12.2022 Off By Füzuli İsmayılovNaxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib. M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Bu barədə Hakimiyyet.info.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Yerinə isə hələlik təyinat yoxdur.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.











