MXP-dən Laçın-Xankəndi yolunda ekoloqlar, QHT nümayəndələri və könüllülər tərəfindən keçirilən aksiyalara dəstək

MXP-dən Laçın-Xankəndi yolunda ekoloqlar, QHT nümayəndələri və könüllülər tərəfindən keçirilən aksiyalara dəstək

30.12.2022 Off By Füzuli İsmayılov

       Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı sülhməramlıların müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə 18 gündür ki, keçirilən  etiraz aksiyası bu gecə də davam etdiriləcək.

       Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

        Havaların soyuq keçməsinə baxmayaraq dözüm və iradə nümayiş etdirən  və sayı günbə-gün artan bu aksiya iştirakçılarının öz torpağına  və onun təbii sərvətlərinə sahibliyinin canlı nümunəsidir. Və bu fəallarla biz fəxr edirik və siyasi partiya olaraq onların yanındayıq.

        Məhz bu aksiyanın nəticəsi  “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarına  və ekoloji təhlükəyə son qoyacaq, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə verilməsinə səbəb olacaq.

Tələbimiz haqdır, istəyimiz ədalət!

Əflan İbrahimov,

Müstəqil Xalq Partiyasının sədri                                      

Share