Elm və Təhsil Nazirliyinin daha bir uğuru- Uşaq-Gənclər İnkişaf Mərkəzi
06.01.2023Ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yenicə təmirdən çıxmış və müasirləşmiş Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılışı bir daha dövlətin uşaqlara, gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Birmənalı demək olar ki, Elm və Təhsil Nazirliyinin bu sahədə dövlət rəhbərinin göstərişlərinə məsuliyyətli yanaşması cəmiyyətdə yüksək qarşılanır. Ölkənin sağlam və perspektivli gələcəyi bugünün uşaqlarna, sabahın gəncliyinə göstərilən qayğıdan bəhrələnir.
Mərkəzin açılışında Elm və Təhsil naziri hörmətli Emin Əmrullayevin ölkə rəhbərinə və birinci xanıma Mərkəzin tarixi, fəaliyyəti barədə verdiyi məlumatlardan görünür ki, tarixi, keçmişi olan xalqın mədəniyyəti, təhsili, təlim-tərbiyəsi daima inkişaf etdirilməlidir. Bu baza əsasında qurulan hər bir yenilik öz səmərəsini verir. Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğı hər zaman özünü göstəməkdədir.
Könül Əsədova,
“Kiçik mələklər” uşaq evinin direktoru











