AMEA -nın Yüksək Texnologiyalar Parkında nələr baş verir- Nano texnologiyasıyla Çipsi istehsalı-QALMAQAL
07.01.2023“AMEA Yüksək Texnologiyalar Parkı” MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08.11.2016-cı il tarixli 168 nömrəli fərmanı ilə, ölkəmizdə müasir texnologiyaların inkişafı, öyrənilməsi, təkmilləşdirilməsi, yeni mütəxəssislərin bu sahədə yetişdirilməsi və daha sonra innovativ layihələrin sənayedə tədbiq edilməsinə yönəlmiş Dövlət müəssisədir.
Yüksək Texnologiyalar Parkın əsasnaməsində, YT Parkın təyinatına cavab verən, innovativ layihələri olan sahibkarlara dəstək olunması, onlara zəruri şəraitin yaradılması və sair öhdəliklərin əks edildiyi halda sözü gedən müəssisənin baş direktoru Vasif Abbasov şəxsi maraqlarını Dövlətin maraqlarından üstün tutaraq, vəzifəsindən istifadə edərək sahibkarların fəaliyyətində süni maneələr yaratmaqdadır. Redaksiyamıza belə sahibkarlardan biri “TRONIQ” MMC-nin təsisçisi Anar Nəbiyev şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin rezidenti olan “TRONIQ” MMC arasında imzalanmış 10.08.2022-ci il tarixli icarə müqaviləsinin olmasına və rezident tərəfindən öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, YT Parkın baş direktoru Vasif Abbasov səlahiyyətlərindən sui istifadə edərək Azərbaycan Respublıkası “İcarə Haqqında Qanunun” müvafiq tələblərini pozaraq “TRONIQ” MMC-lə YT Park arasında imzalanmış müqaviləyə xitam verəcəyi və Texnopark ərazisinin girişinə qadağa qoyacağı haqda bildiriş təqdim etmişdir. Tərəflərin imzaladığı müqavilədə qeyd edilmişdir ki, YT Parkın, dolayısı ilə Dövlət Əmlakı hesab edilən, daha əvvəl başqa bir sahibkarın istifadəsində olan, maliyyətcə bahalı və müasir avadanlıqların müayinəsi, zəruri təmir-bərpa işləri “TRONIQ” MMC tərəfindən aparılacaq və görülən işlərin dəyəri razilaşdirılaraq aylıq icarə haqqı ilə əvəzləşdiriləcəkdir. Qeyd edilən şərtlər sözü gedən müqavilədə əks olunmasına baxmayaraq, dəzgahların bərpa olunduğunu görən baş direktor “TRONIQ” MMC-yə şərik olmaq tələbini bildirib.

Bununla razılaşmayan sirkətin təsisçisi etirazını bildirdikdə Vasif Abbasov yuxarıda qeyd edilən qadağanı və müqavilələrə xitam verəcəyi haqda “TRONIQ” MMC-yə bildiriş təqdim etmiş, təsisçinin isə YT Parkın ərazisinə buraxılmaması haqqında mühafizə xidmətinə tapşırıq vermişdir.
Vasif Abbasovun bu qanuszuz əməllərinə məruz qalan “TRONIQ” MMC-nin
təsisçisi Anar Nəbiyev 07.12.2022-ci il tarixdə “Müvəqqəti təminat tədbiri”
ərizəsilə Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir. Ərizə və
müqavilələrlə tanış olan hakim ərizənin təmin edilməsi haqda 09.12.2022-ci il tarixli qərarı ilə “QƏRARDAD”ın DƏRHAL icra olunması tələbini etmişdir. Anar Nəbiyevin bildirdiyinə və redaksiyamıza təqdim etdiyi çoxsaylı rəsmi sənədlərə istinad edərək, ona məlum olmayan səbəblərdən 25.12.2022-ci il tarixədək icra məmurları hakimin qərarının təmin edilməsində çətinliklərlə qarşılaşmışlar. Vasif Abbasov və onun “qoçuları” məhkəmə qərarının icrasına süni maneələr yaradaraq hakimin qəbul etdiyi qərara hörmətsizlik etmişlər. “TRONIQ” MMC-nin təsisçisi məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etməsi nəticəsində 26.12.2022-ci il tarixdə Kommersiya məhkəməsinin qərarı icra edilmişdir, lakin Vasif Abbasov daha əvvəl Kommersiya məhkəməsinə müraciət edərək sözü gedən dəzgahların “TRONIQ” MMC tərəfdən istifadəsinə qadağa qoyulması haqda məhkəmə qərar qəbul etdiyi üçün bugünə kimi həmin dəzgahların istifadəsi mümkün olmamışdır. İcra zamanı icra məmurunun gözü qarşısında üç ay üzərində əziyyət çəkdikləri və bərpa etdikləri Dövlət Əmlakı olan dəzgahları istifadə edə bilməsinlər deyə yararsız hala salmışlar. Nəhayət 05.01.2023-cü il tarixdə növbəti gedişlərində yenə də Vasif Abbasovun “qoçuları”
ciddi şəkildə maneələr yaratmışlar, “TRONIQ” MMC-nin təsisçisi Anar Nəbiyev icarəsində olan iş sahəsinə gəldikdə, binanın elektrik enerjisinin və su xətlərinin kəsildiyi ilə qarşılaşmışdır.
Bildirik ki, sahibkar redaksiyamıza şifahi müraciəti ilə yanaşı rəsmi müşaidə sənədlərini də təqdim edərək, hazırda məhkəmə prossesinin davam etdiyini bildirmişdir. Sahibkarın sözlərinə görə cəmiyyətin fəaliyyəti və hədəfi təkçə maddi maraq deyil, bununla yanaşı yüksək peşəkarlığa cavab verən mütəxəssislər yetişdirməkdir və onları daha böyük istehsal sahələrinə, zavod və fabriklərə yönəltməkdir.
Cox təssüf ki, xüsusilə ölkə başçısının daima diqqətində olan və daima inkişafına dəstəyini əsirgəməyən dövlət Başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə AMEA- nın tərkibində yaradılan Yüksək Texnologiyalar Parkını Vasif Abbasov şəxsi biznes ərazisinə çevirmişdir.
Buna sübut olaraq Vasif Abbasov YT Parkın ərazisində, yəni qeyri qida istehsalı, xüsusilə neft və neft məhsulları, kimya tərkibli digər məhsulları istehsalı ərasisində iranlı iş adamına, orada qida məhsulu olan “ÇİPS” istehsalı üçün 4000 kvadrat metr ərazi ayırmağı ilə yanaşı, Azərbaycan şirkəti olan və Texnoparkın tam təyinatına cavab verən, Yüksək Texnologiyalar sahəsində ”TRONIQ” MMC-nin cəmi 270 kvadrat metr sahədəki fəaliyyətinə qarşı süni maneələr yaradır və qanunsuz əməllərilə qərəzli davranış göstərərək, şəxsi maraqlarına görə “TRONIQ”
MMC-nin kollektivinə qarşı bütün qanunsuzluqlara əl ataraq məkrli niyyətlər həyata keçirir.











