Pakistanın Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib

Pakistanın Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib

12.01.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Pakistanda daşqından zərər çəkənlərə göstərdiyi daimi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə Baş nazir öz “Twitter” səhifəsində yazıb.

“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər daşqınlardan zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də bəşəriyyətə olan inamımızı bərpa edir”, – deyə o bildirib.

Share