“Daewoo”nu oğurlayan Şəmkir sakini Gəncədə avtomobillə birgə yaxalanıb

“Daewoo”nu oğurlayan Şəmkir sakini Gəncədə avtomobillə birgə yaxalanıb

13.01.2023 Off By Füzuli İsmayılov

Binəqədi rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share