
Ukrayna millisinin baş məşqçisi istefa verib
13.01.2023Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov istefa verib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, A.Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edirdi. O, bunadək Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb./AZƏRTAC