ASTARADA MÜƏLLİMƏ STUL ATAN DİREKTOR BARƏDƏ ŞOK FAKTLAR!

ASTARADA MÜƏLLİMƏ STUL ATAN DİREKTOR BARƏDƏ ŞOK FAKTLAR!

03.02.2023 Off By Füzuli İsmayılov


Bir neçə gün öncə 1Xəbər 1Şərh kanalına Astara rayonundan həyəcan doğuran bir informasiya daxil oldu. Məlumatda iddia olunurdu ki, rayonun Burzubənd məktəbinin direktoru müəllimə qarşı hücum edib və ona stul atıb.Əlbəttə, məsələni dərininə araşdıran zaman, mediada sözügedən məktəb və direktor barədə bir çox ilginc məlumatlara rast gəldik. Cənub bölgəsindən olan jurnalist Aydın Canıyevin əlindəki sübutlar və açıqladığı faktlar isə şübhəyə yer qoymadı. Həqiqətən də bu hadisə baş veribmiş!


Təsəvvür edirsiniz: bu direktor o qədər gözüdönmüş və “tripaj”dır ki, müəllimlərin dərs saatını kəsmək, onların haqqını pozmaqla kifayətlənmir, hətta FİZİKİ HÜCUM EDİR! FAKTİKİ OLARAQ ÖLDÜRMƏYƏ CƏHD EDİR! Kim bilir, araya başqaları girməsə bəlkə də öldürər!
Düşünürük ki, biz sosial media, sizsə elektron media olaraq, əl-ələ verib, bu məsələni daha güclü şəkildə gündəmə gətirməliyik. Əks halda, dünən yan keçən stul, sabah müəllimin başına dəyə və böyük faciə baş verə bilər! Bəli, sabah mafioz direktor Turan Rəfiyev hansısa müəllimi yaralasa və ya öldürsə, bu işin altından çıxmaq mümkün olmayacaq və bunun birinci məsulu da elə susqun qalan media olacaq.Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov yəqin ki, çıxıb deyəcək ki, “bizim hadisədən xəbərimiz olmayıb”….
Odur ki, hamımız birlikdə, bu quldur direktoru maksimum ifşa etməliyik ki, Burzubənd məktəbinin müəllimlərinin səsi yuxarılara, Regional müdirə çatsın! Əks halda, Elxan Nəcəfov, işi yola verib, bağlamağa davam edəcək! Təhsildəki faciəni önləmək və Astara təhsilindəki dəhşətləri durdurmaq üçün biz- 1Xəbər 1Şərh kanalı -sosial media olaraq, peşə borcumuzu yerinə yetirdik və sujet hazırladıq. Buyurun, sizdən də elektron media olaraq eyni duyarlılığı gözləyirik.

Prezident tərəfindən etimad göstərilən məmurların fəaliyyətini ölkə rəhbərliyinin diqqətinə çatdırmaqla, biz də media olaraq, öz işimizi yerinə yetirmiş oluruq.

ASTARADA MÜƏLLİMƏ STUL ATAN DİREKTOR BARƏDƏ ŞOK FAKTLAR!
Belə görünür ki, “Dər xəlvət, tülkü bəy” məsəli, cənub bölgəsində çox aktualdır. Xüsusən də, buranın son məntəqəsi olan Astara rayonunda olduqca dramatik hadisələr baş verir!

Regionun tanınmış jurnalisti Aydın Canıyevin internet tv-də açıqladığı şok faktlar bunu deməyə əsas verir. Sən demə, Astarada tam bir MAFİA mexanizmi hakim imiş! Burda qurulan əcaib sistemin mahiyyətini faktlarla özünüz görəcəksiz. Bəli, jurnalist Aydın Canıyev əlindəki sənəd və sübutlara əsasən inanılmaz faktlar açıqlayıb! Daha öncə də adı mediada hallanan Burzubənd məktəbi ilə bağlı açıqlanan şok faktları təqdim edirik:

1-Cİ FAKT

“Baş qəhrəmanımız” Turan Rəfiyev özünə informatika dərs saatı düzəldib; üstəlik də dərsi nəinki keçməyib, hətta jurnalı belə yazmayıb!

2-Cİ FAKT

T. Rəfiyev nəinki Astarada, ümumiyyətlə, ÖLKƏDƏ OLMAYAN bir şagirdə, fərdi təhsil ştatı ayırıb! Əlbəttə, bunu “əlavə qazanc” üçün edib.

3-CÜ FAKT

T. Rəfiyev qanuna zidd olaraq, arvadını işə alıb, üstəlik də digər işçilərin iş vahidlərindən kəsərək ona verib.

4-CÜ FAKT

Ən dəhşətlisi isə budur: T. Rəfiyev, etirazçı müəllimlərə əsəbləşib və biologiya müəllimi Vidadi Əmirovun HƏYATINA QƏSD ETMƏYƏ cəhd edib! BƏLİ, MÜƏLLİMƏ STUL ATIB! Hansı ki, həmin ağsaqqal, vaxtilə elə onun özünün də müəllimi olub…

BÜTÜN BU BİABIRÇILIQLARA VƏ CİNAYƏTLƏRƏ RƏĞMƏN, TURAN RƏFİYEV HƏLƏ DƏ İŞ BAŞINDADIR! QEYD EDƏK Kİ, BU CİNAYƏTLƏRLƏ BAĞLI, MÜƏLLİMLƏR TƏRƏFİNDƏN ASTARA İCRA HAKİMİYYƏTİNƏ, TƏHSİL İDARƏSİNƏ, PROKURORLUĞA MÜXTƏLİF VAXTLARDA ÇOXSAYLI ŞİKAYƏTLƏR GÖNDƏRİLMİŞDİR. ŞİKAYƏTLƏRƏ NECƏ CAVAB VERİLDİYİNİ, DAHA DOĞRUSU, NECƏ YOLA VERİLDİYİNİ, BUYURUN, ÖZÜNÜZ GÖRÜN!

Share