Mingəçevir şəhərində Gənclərin Motivasiya Forumu keçirilib

Mingəçevir şəhərində Gənclərin Motivasiya Forumu keçirilib

03.02.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, fevralın 2-də Mingəçevir şəhərində “Gənclər Paytaxtı 2023” tədbirləri çərçivəsində Heydər Əliyev Mərkəzində Gənclərin Motivasiya Forumu keçirilib.

Forumda məşhur bloqerlər Kübra Məhərrəmova (jurnalist, Oxu.az), Fərid Pərdəşünas (texnobloqer), Azər Aydəmir (aktyor, ssenarist) və Azər Sanılı (Start IT Academy) gənclərlə görüşüblər.

Görüşdə öz təcrübələrini bölüşən bloqerlər uğur qazanmağın yollarını gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar. Tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Share