MXP bəyanat yaydı

MXP bəyanat yaydı

06.02.2023 Off By Füzuli İsmayılov

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ və insan təlafatı ilə əlaqədar Müstəqil Xalq Partiyasının bəyanatı

  Xəbər saytlarında yayılan məlumatlara görə 06.02.2023-cü il tarixində səhər saatlarına yaxın Türkiyənin cənub-şərqində Kahramanmaraşda (Qaziantepdə) 7,7 bal gücündə baş vermiş zəlzələ yarım saat ərzində Türkiyənin digər bölgələrinə -Adana, Ankara, Antalya, Kayseri,  Xətay, Mersin, Diyarbəkir, ŞanlıUrfa və s. şəhərlərində də yeraltı təkanlar yaratmış  və dağıntılara səbəb olmuşdur.  Hazırki vaxta alınan məlumatlara görə zəlzələni yaratdığı dağıntılar nəticəsində 284 nəfər ölmüş, 2383 nəfər isə yaralanmışdır. Dağıntılar altında qalanların sayı bəlli deyil.

       Qardaş Türkiyədə baş vermiş və insan tələfatı ilə nəticələnən bu təbii fəlakət barədə xəbərlər qardaşınız can Azərbaycanda dərin kədər hissi ilə qarşılanır. Dərdlərinizə şərik oluruq. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Allahdan bütün Türkiyə xalqına güc və səbir diləyirik və daim yanınızdayıq.

       Azərbaycan hakimiyyəti tərəfindən birinci reslə Fövqalada Hallar Nazirliyinin 370 nəfərdən ibarət xilasetmə qüvvələri qardaş Türkyəyə göndərilib, ikinci reyslə cadır, yatacaq, tibbi ləvazımatlar və s. lazımı avadanlıqlar göndərilmək ərəfəsindədir. Əlbəttə Azərbaycan bununla kifayətlənməyəcək davamlı olaraq yardımlarını davam etdirəcəkdir.

Dərin hörmət və qardaşlıq qayğısı ilə

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri                             

Share