Türkiyədə fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi

Türkiyədə fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi

07.02.2023 Off By Füzuli İsmayılov

Fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi. Bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılmasl baş direktoru Orhan Tatar deyib.

“Hazırda bölgələrdə 9 min 688 şəxsi heyət xilasetmə işləri üzrə vəzifələrini yerinə yetirir. Fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi”,- deyə o bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Share