Kürdəmir sakini “Kalaşnikov”la saxlanılıb

Kürdəmir sakini “Kalaşnikov”la saxlanılıb

13.02.2023 Off By Füzuli İsmayılov

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.

Onun evinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 24 patron və 1 patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Share