Azərbaycanlı xilasedicilər Türkiyədə xilasetmə tədbirlərini davam etdirir

Azərbaycanlı xilasedicilər Türkiyədə xilasetmə tədbirlərini davam etdirir

13.02.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan xilasedicilərinin Türkiyədə xilasetmə tədbirləri davam edir. İndiyədək xilasedicilərimiz tərəfindən zəlzələ bölgələrində 51 nəfər xilas olunub, 613 nəfərin isə cəsədi çıxarılaraq təhbil verilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Share