Bakının əsas magistrallarında sürət həddi azaldıldı

Bakının əsas magistrallarında sürət həddi azaldıldı

27.02.2023 Off By Füzuli İsmayılov

Bakının əsas magistrallarında dumanlı hava şəraiti ilə əlaqədar sürət həddi azaldılıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.

Share