İlahiyyatçı alim, din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib

İlahiyyatçı alim, din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib

02.03.2023 Off By Füzuli İsmayılov

Bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Hacı Şahin Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

1998–2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Hacı Şahinlə vida mərasimi Məşədi Dadaş Məscidində keçirilib

Hacı Şahinlə vida mərasimi Məşədi Dadaş Məscidində keçiriləcək - QMİ

Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçirilib. 

Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

Share