Qoşulmama Hərəkatının əməkdaşlıq üçün aydın gündəliyi var

Qoşulmama Hərəkatının əməkdaşlıq üçün aydın gündəliyi var

02.03.2023 Off By Füzuli İsmayılov

Bunu Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, tibb sahəsində əməkdaşlıq üçün mexanizm nəzərdən keçirilə bilər.

“BMT-nin digər humanitar təşkilatları ilə sıx təmasda olmalıyıq. Özümüzün iqtisadi gündəliyimizi təbliğ etməliyik. Dayanıqlı sülh və stabillik mümkün olduğu halda inkişafa nail ola bilərik”,- deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri – BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Share