Ombudsman tikintiyə nəzarətin gücləndirilməsini təklif edir

Ombudsman tikintiyə nəzarətin gücləndirilməsini təklif edir

03.03.2023 Off By Füzuli İsmayılov

Ombudsman bəzi ərazilərdə aparılan tikinti işlərinə nəzarətin gücləndirilməsini təklif edir. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Sənəddə tikintisi aparılan bina və qurğuların təmas sahəsində (yaxınlığında) yerləşən evlərdə yaşayan insanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, neqativ nəticələrə səbəb ola biləcək halların qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi təklif edilir.

Share