Stoltenberq İsveçlə Finlandiyanın üzvlüyünə görə Türkiyə və Macarıstana çağırış edib

Stoltenberq İsveçlə Finlandiyanın üzvlüyünə görə Türkiyə və Macarıstana çağırış edib

07.03.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Albaniya Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Macarıstan parlamentarilərinin İsveçə səfəri ilə bağlı məlumatları görmüşəm. Onlar müsbət mesaj göndərirlər və ratifikasiyanı tövsiyə edirlər.

“Təbii ki, bizim hələ gediləcək yolumuz var, ancaq biz irəliləyiş əldə edirik. Bu, NATO-nun müasir tarixində ən sürətli ratifikasiya prosesidir. Artıq 28 ölkə ratifikasiya edib (İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü). Mən ümid edirəm və çağırış edirəm ki, qalan iki ölkə də mümkün qədər tez bu prosesi tamamlasın. Macarıstan parlamenti bildirib ki, onlar martın sonunda bunu ratifikasiya edəcək, mən inanıram ki, biz Macarıstanda ratifikasiya prosesinə yaxınlaşırıq”, – Stoltenberq vurğulayıb.

Baş katib bu gün İsveçə səfərə yola düşəcəyini də diqqətə çatdırıb.

Share