Sülhməramlılara aid daha 3 avtomobil Laçın yolundan maneəsiz keçib

Sülhməramlılara aid daha 3 avtomobil Laçın yolundan maneəsiz keçib

07.03.2023 Off By Füzuli İsmayılov

Laçın istiqamətindən gələn Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 avtomobil Xankəndiyə maneəsiz keçid edib. Bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir.

Səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 63 avtomobilin maneəsiz keçidi reallaşıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 86 gündür davam edir.

Sülhməramlılara aid daha 3 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Share