Əhliman Əmiraslanov: İşğal dövründə ermənilər ekologiyamıza da ciddi ziyan vurublar

Əhliman Əmiraslanov: İşğal dövründə ermənilər ekologiyamıza da ciddi ziyan vurublar

07.03.2023 Off By Füzuli İsmayılov

Azərbaycan əraziləri uzun illər erməni işğalı altında qalmışdı və Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. İşğal dövründə ermənilər şəhərlərimizi, kəndlərimizi məhv etməklə yanaşı, ekologiyamıza da ciddi ziyan vurublar, ekoloji terror tördiblər.

Bunu TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında komissiyanın sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

“Ermənilərin Azərbaycan ərazilərində ekoloji terror törətməsi ilə bağlı bugünkü iclasda fikrimizi bildirməliyik. Ermənilər bu gün də Azərbaycan ərazilərində ekoloji terror törətməkdə davam edirlər. Bu ekoloji terrora qarşı bizim ekofəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri etiraz aksiyası keçirir və ekoloji terrora son qoymağı tələb edirlər”, – deyə o əlavə edib./Trend

Share