Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib

Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib

01.04.2020 Off By admin

[ad_1]

Kiyev, 31 mart, AZƏRTAC

Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib.

Bu barədə AZƏRTAC-a Ukrayna XİN-dən məlumat verilib.

Ukrayna XİN-in bəyanatında qeyd olunur ki, bu qondarma “seçkilər”in nəticələri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu üçün onun heç bir hüquqi əsası yoxdur.

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

AZERTAG.AZ :Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share