Sabiq dünya çempionu koronavirusa görə karyerasını bitirmək niyyətindədir

Sabiq dünya çempionu koronavirusa görə karyerasını bitirmək niyyətindədir

01.04.2020 Off By admin

[ad_1]

Bakı, 1 aprel, AZƏRTAC

UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Daniel Kormye koronavirusa görə karyerasını bitirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, 41 yaşlı amerikalı MMA idmançısı yayda Stipe Mioçiçlə üçüncü dəfə görüşməyi planlaşdırırmış. 2018-ci ilin iyulunda rəqibini ilk raundda nokaut edən Kormye kəmərə yiyələnsə də, ötən ilin avqustunda revanş görüşündə məğlub olub. Tərəflər üçüncü döyüşlə bağlı razılığa gəlsə də, pandemiya onların planlarını pozub.

 

AZERTAG.AZ :Sabiq dünya çempionu koronavirusa görə karyerasını bitirmək niyyətindədir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share