MXP Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı ilə bağlı bəyanat yaydı

MXP Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı ilə bağlı bəyanat yaydı

30.03.2023 Off By Füzuli İsmayılov

                                

   Bəyanatda deyilir:

Ötən gün axşam saatlarında millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələnməsi silsilə şəklində baş verən terror hücumunun davamıdır. DTX-nın mətbuat xidmətinin açıqlamaqsına görə hadisə terror aktı kimi qiymətləndirilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq  aparılır. Ölkənin millət vəkilinə qarşı sui-qəsd planı dövlətə qarşı törədilmiş hesab edilir və dövlətə təhdiddir. 

        Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə məlumdur. Dini məsələlərlə bağlı  Fazil bəyin tutarlı açıqlamaları sosial media üzərindən açıq təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ipucları verir.

        Cinayətin obyekti yenə avtomat silahdır.   27 yanvar 2023-cü ildə ölkəmizin  İrandakı səfirliyinə edilən terrorda, 4 mart 2023-cü ildə “Bravo” hipermarketin bankomat yerləşən giriş hissəsində baş vermiş cinayətdə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi bir mesajdır. 

        Avtomat silahın təkrar işə salınmasının detallarına nəzəri fikir verək.

  • Son həftələr DTX-nın xüsusilə xeyli sayda İran casuslarını ifşa etməsi ilə önəmli əməliyyatlar icra etməsi (DTX-nın İran casusları ilə bağlı yayımladığı videoda saxlanılan şəxslərin sözlərindən məlum olur ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib),  
  • XİN başçısı Ceyhun Bayramovun  İsraildə Azərbaycan səfirliyinin açılışı ilə əlaqədar İsrailə səfəri və  İsrailin XİN başçısı ilə görüşü,  Azərbaycan səfirliyinin İsraildə fəaliyyətə başlaması ilə bağlı rəsmi mərasimdə nazirin iştirak etməsi,
  • Fazil Mustafann güllələnməsi xəbərinin yayılmasından heç 1 saat keçməmiş İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları artıq Fazil Mustafanın Bakıda silahlı hücuma məruz qalmasına münasibət bildirməklə  “Anti-İran və anti-islam mövqeləri ilə tanınan Azərbaycanlı millət vəkili Fazil Qəzənfər ogluna (Mustafa) terror oldu açıqlaması verməsi

          Bütün qeyd olunanlar hadisədə İran xüsusi xidmət orqanlarının və agenturasının dolayısı ilə iştirakına bir işarədir. Ümumiyyətlə, İran dünyada terrorçu dövlət kimi tanınır və ermənilərlə olan yaxın münasibətləri və iş birlikləri terror fəaliyyətinə olan birgə münasibətdən irəli gəlir.

        Müstəqil Xalq Partiyasının bütün üzvləri tərəfindən millət vəkili və partiya sədri Fazil Mustafaya qarşı törədilmiş terror aktı pislənir,  tezliklə sağalaraq fəaliyyətinə başlamasını Allahdan diləyirik. Azərbaycanın peşəkar xüsusi xidmət orqanları tərəfindən cinayətkarların tezliklə tapılıb cəzalanmasına inanırıq.

Müstəqil Xalq Partiyasının idarə heyəti

Share