Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir

Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir

30.03.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib. Xarici işləri naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir. “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”, – deyə o bildirib.

Nazir İsraillə iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrin icrasının davam etdiyini söyləyib. Nazir deyib ki, ötən il ticarət dövriyyəsi 85 faiz artıb.

Share