Atanın təsəllisi vətənpərvəlik ruhunda tərbiyə etdiyi gənclərdir

Atanın təsəllisi vətənpərvəlik ruhunda tərbiyə etdiyi gənclərdir

06.04.2023 Off By Füzuli İsmayılov

Müharibələrin acı nəticələri təkcə can almaqla, yenicə açılmaqda olan gül ətirli balaları vədəsiz soldurmaqla bitmir. Müharibələr həm də ömürlük ağlar qoyduğu ata-anaların, bacı-qardaşların, gəlin-qızların köksündə sağalmaz yaralar əkir. Müharibələr minlərlə gələcək həkimlərin, müəllimlərin, mühəndislərin, alimlərin həyatına son qoyur.
Çiyinlərində vətənin azadlığı, ərazi bütövlüyü naminə qurban verdikləri övlad itkisi yükü daşıyan minlərlə azərbaycanlı ailələrindən biri də Hacıqabul rayon Kolanı kəndində yaşayan Səmədovlar ailəsidir. Bu ailədə 6 övlad dünyaya gəlib, onların ilki-Səmədov Elgün Loğman oğlu
01 sentyabr 1989-cu il tarixdə-Bilik günündə ( o dövr üçün) dünyaya göz açıb, onu əhatə edən ictimai mühit-ailə və məktəb mühiti onun kamil, vətənpərvər bilikli bir hərbi həkim kimi yetişməsinə zəmin yaratmışdır.
Səmədov Elgün Loğman oğlu hələ uşaqlıq illərindən qarşısına məqsəd qoyduğu vətən keşikçilərinin sağlamlıqları keşiyində durmaq arzusunu gerçəkləşdirmək üçün dünyaya göz açdığı eyni adlı gündə (01 sentyabr 2009) hərbi həkim kimi xidmətə başlamışdır. Xidmət etdiyi müddətdə nümunəvi davranışı, peşəkar hərbi tibbi xidmətlərinə görə böyük hörmət və nüfuz qazanmışdır.
Təəssüf ki, erməni terroru Səmədov Elgün Loğman oğlunun hərbi xidmətini yarımçıq qoymuşdur, bu terror nəticəsində 28 yanvar 2010-cu il tarixdə hərbi həkim Səmədov Elgün Loğman oğlu vətən uğrunda şəhid olmuşdur.

Şanlı II Qarabağ müharəbəsində yenilməz sərkərdə, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun qazandığı qələbə-torpaqlarımızın işğaldan azad olunması Səmədovlar ailəsinin də yarasına məlhəm oldu.
Bu gün vətən yolunda şəhid olmuş hərbi həkim Səmədov Elgün Loğman oğlunun anası Lətafət xanım da, atası Loğman müəllim də işğaldan azad olmuş torpaqlarımızla təskinlik tapır.
Loğman müəllimin (Səmədov Loğman Baba oğlu) bir təsəllisi də Hacıqabul rayon təhsil şöbəsinin əməkdaşı kimi vətənpərvəlik ruhunda tərbiyə etdiyi gənclərdir.
Allah səbr versin!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
VƏTƏN SAĞ OLSUN!

Hamlet Abbasov

Hacıqabul rayonu, R.Abdullayev adına Qubalıbaloğlan kənd tam məktəbin
riyaziyyat müəllimi Hamlet Abbasov

Share