NARKOTİK VASİTƏ VƏ PSİXOTROP HƏBLƏR AŞKAR OLUNUB

NARKOTİK VASİTƏ VƏ PSİXOTROP HƏBLƏR AŞKAR OLUNUB

07.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, aprelin 5-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Share