Şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal prokurorluğunda araşdırma aparılır

Şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal prokurorluğunda araşdırma aparılır

07.04.2023 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

Share