Dövlət siyasətimizin ana xəttində vətəndaş məmnunluğu dayanır

Dövlət siyasətimizin ana xəttində vətəndaş məmnunluğu dayanır

07.04.2023 Off By Füzuli İsmayılov

Ölkə rəhbərinin göstərişinə əsasən yerlərdə vətəndaşlarının qəbulunu təşkil edib onların qayğı və problemlərinin həlli sahəsində atılan mühüm tədbirlərdən biri də cənub bölgəsinin mirvarisi olan Lənkəran rayonunda aprelin 5-də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rayonun əhalisinin sayına görə ən iri yaşayış məntəqələrindən olan Boladi kəndinin sakinləriylə səyyar qəbul- görüşü olmuşdur.

Görüşdə Lənkəran şəhər İcra hakimyyətinin başçısı Taleh Qaraşov çıxışında Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətindən danışaraq bildirdi ki, ölkə rəhbəri hər bir məmura xalqın, vətəndaşın yanında olması tapşırığını verərək vətəndaş məmnunluğunun yaradılmasını tələb edir. Prezidentimiz başda olmaqla bütün dövlət məmurları Azərbaycan xalqının xidmətçiləridir. Bu, dövlət siyasətimizin ana xəttidir.

Həmişə olduğu kimi, bu görüşdə də Taleh Qaraşov Boladi sakinlərini, ilk öncə şəhid ailələrini, qaziləri, kəndin ağsaqqal, ağbirçəklərini, həssas təbəqə nümayəndələrini dinləmiş, kəndin çoxsaylı ziyalalıları ilə fikir mübadiləsi aparmış, gənclərin məşğuliyyətiylə bağlı onların düşüncə və təkliflərini müzakirə etmişdir. Rayon rəhbəri və Prezidentin yerlərdə nümayəndəsi kimi həmişə vətəndaşların yanında olduğunu söyləyən Taleh Qaraşov bildirib ki, ölkə rəhbərinin tapşırığına əsasən şəhid ailələrinə xüsusi diqqət bundan sonra da göstəriləcək. Kənd sakinlərinin qaldırdığı əksər problemlərin həll edilməsi üçün Taleh Qaraşov yerindəcə tapşırıqlar vermişdir.

İcra başçısı səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan bütün məsələləri həssaslıqla dinləyib, kənd camaaatının qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən və icra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanmasını və nəticəsinə dair vətəndaşların məlumatlandırılmasını səlahiyyətli şəxslərə tapşırıb.

Görüşün sonunda kənd sakinləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xalqa göstərilən qayğı üçün minnətdarlıqlarını bildirdilər.

Şəfi Əhmədov,

“HAKİMİYYƏT” qəzeti

Share