Ermənilər dünyada 182, Azərbaycanda isə 32 terror aktı törədiblər

Ermənilər dünyada 182, Azərbaycanda isə 32 terror aktı törədiblər

07.04.2023 Off By Füzuli İsmayılov

Erməni terrorunun tarixi böyükdür. Hələ Azərbaycanda terror aktları olmayan dövrdə ermənilər dünyada 182 terror aktı həyata keçirib. Azərbaycanda isə 32 terror aktı törədiblər. Bu terror aktlarının əksəriyyəti nəqliyyat vasitələrində olub. Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqalarının veteranı, polkovnik Azər Gərayzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları həmin cinayətkarların hamsını yaxalaya bilib, cinayətkarlar məsuliyyətə cəlb edilib.

“Metroda iki terror aktı baş verib. Biri 1994-cü il 19 mart, ikincisi isə 3 iyul tarixində baş verib. 3 iyul 1994-cü ildə “Gənclik”-“28 May” stansiyaları arasında səhər 8:32-də partlayış baş verdi. Təbii ki, hüquq mühafizə orqanları hadisəyə cəld reaksiya verdi və bu terror aktı olduğu üçün bu birbaşa xüsusi xidmət orqanın səlahiyyətində idi. Böyük həcmdə iş görüldü, gecə-gündüz terrorçunun axtarışı il məşğul olundu. Təxminən bir ay sonra terrorçunun kimliyi barədə məlumat daxil oldu. Bir il sonra biz onun yerini də müəyyən etdik. Məlum oldu ki, o, bizim milli ordumuzun zabiti olub. Müharibə dövründə əsir düşüb, Ermənistan xüsusi xidmət orqanları onunla maraqlanıb. Nadir metodlarladan istifadə edərək bu terror aktını həyata keçirməyə məcbur ediblər. Onun anasını Bakıdan Ermənistana, oradan da Şuşaya apararaq girov olaraq saxlamışdılar. Lakin biz onu qonşu dövlətlərin ərazisində müəyyən etdikdə, bir neçə dəfə həmin dövlətin xüsusi xidmət orqalarına müraciət edik. Onlar ya bizə cavab vermirdilər, ya da deyirdilər yoxdu. Bu məsələyə Ulu Öndər Heydər Əliyev qarışdıqdan sonra biz o terroçunu həmin dövlətdən ala bildik. Ulu Öndər həmin dövlətin prezidenti ilə bu barədə danışdı və həmin terrorçunun Azərbaycana qaytarılmasına nail oldu. Daha sonra 1998-ci ilə terrorçu Ali Məhkəmənin hökmü ilə ömrülük həbs edildi”,- deyə o bildirib.

A.Gərayzadə həmçinin vurğulayıb ki, Azərbaycan xalqınnı bəxti gətirib ki, Ulu Öndər Heydər Əliyev o dövrdə hakimiyyətə gətirilib.

“Məhz onun gəlişindən sonra Azərbaycan müəyyən stabiliyyə, inkişafa nail olmağa başlayıb. Çünki bir çox ölkələrin xüsusi xidmət orqanları istəməzdi ki Azərbaycan sərbəst azad inkişaf etsin. Məhz o dövrdə Heydər Əliyevin dahiliyi sayəsində Azərbaycan xilas oldu”, – deyə o əlavə edib.

Share