Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib

Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib

12.04.2023 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildirilib ki, Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub (https://genprosecutor.gov.az/az/post/6193).

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

İbtidai istintaq davam etdirilir.

Share