Badamdar qəsəbəsində şəhidin xatirə lövhəsinin açılışı olub

Badamdar qəsəbəsində şəhidin xatirə lövhəsinin açılışı olub

12.04.2023 Off By Füzuli İsmayılov

Səbail rayonu Badamdar qəsəbəsində  torpaqlarımızın azadlığı uğrunda şəhid olan Bakir Quliyevin xatirə lövhəsinin açılışı olub. Açılış mərasimində Səbail RİH Başçısı Vüqar Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, həmçinin Badamdar qəsəbə bələdiyyəsinin işçiləri, şəhid və qazi ailələri iştirak edib.

Təşkil olunan tədbirdə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda etmiş şəhid Bakir Quliyevin döyüş yolundan danışılıb. Daha sonra şəhidin yaşadığı evin qarşısında hazırlanan xatirə kompeksinin açılışı olub.

Sonda məktəblilərin hazırladığı bədii kompozisiya təqdim edilib. Qeyd edək ki, xatirə kompleksi Səbail RİH-in təşəbbüsü və Badamdar bələdiyyəsinin maliyyə dəstəyi ilə inşa edilib.

Bakir Quliyev Füzuli şəhəri uğrunda gedən döyüşlərdə fədakarlıq və əzmkarlıq nümunəsi  göstərərək 20 sentyabr 1992-ci ildə şəhid olub.

Prezidentin Sərəncamıyla ölümündən sonra  “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Share