Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri

Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri

14.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.

Sarayevoda Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçə təqdim edildi.

Prezident İlham Əliyevin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə görüşü olub

İlham Əliyevin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə görüşü olub

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü olub.

İlham Əliyevin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü olub 

İlham Əliyevin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü olub 

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycanın Bosniya və Herseqovinanın dostu olduğunu deyən Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının Bosniya və Herseqovinaya daim dostluq münasibəti göstərməsini yüksək qiymətləndirdilər. Xüsusilə Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi vurğulayaraq, ölkəmizin Bosniya və Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmirini çox yüksək qiymətləndirdilər.

Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının bu səfərinin ölkələrimiz arasında tərəfdaşlığın inkişafında yeni səhifə açacağına və əlaqələrimizin daha da inkişafına ciddi töhfə verəcəyinə əminliklərini bildirdilər. Səfər çərçivəsində həm ikitərəfli gündəlikdə duran məsələlərə, həm də beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsinin aparılacağı vurğulandı.

Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb

Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzaladılar.

İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.

Sarayevoda İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib

Sarayevoda İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib.

Nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edildi.

Bildirildi ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984-cü ildə Sarayevoda keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniya və herseqovinalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq Prezident İlham Əliyev üçün hazırlanıb.

Prezitentin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb

İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri aprelin 13-də başa çatıb.

Share