Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

20.04.2023 Off By Füzuli İsmayılov

         Azərbaycan xalqına və dövlətçiliyinə  beynəlxalq aləmdə qürur və imic qazandıran və zəfəri ilə tarix yazan hörmətli Prezident və Ali Baş Komandan İlham Heydər oğlu!

Sizi İslam dünyasının müqəddəs Ramazan ayı və onun başa çatması ilə qarşılanacaq  Ramazan bayramı münasibəti ilə Müstəqil Xalq Partiyasının təsisçisi kimi öz adımdan və partiyanın bütün üzvləri adından səmimi qəlbdən təbrik edirəm.

          Nizamı dəyişmək ərəfəsində olan dünyanın siyasi arenasındakı layiqli xarici siyasətiniz, torpaqlarımızın azad olmasındakı zəfəriniz, üçtərəfli müqavilənin ugurlu həlli istiqamətindəki inadlı fəaliyyətiniz  tarix yazan sərkərdə kimi Sizə məxsusdur. Ramazan ayının müqəddəs günlərinin, bayramda qılınacaq namazların səvab və duaları Allah dərgahında qəbul olunmaqla daim yardımçınız olsun. Dünya siyasətinin hazırkı böhranlı  dövründə millətimizin və dövlətimizin Sizin kimi liderə böyük ehtiyacı var.

         Hörmətli İlham Heydər oğlu! Qeyd olunanlara rəğmən dünyanın və bölgənin  siyasi proseslərində baş verən gərgin vaxtlarında Azərbaycanın ərazi bütövlüyü və dövlətciliyinin möhkəmlənməsi ilə bağlı  gördüyünüz işlər, apardığınız uğurlu siyasət hər bir siyasi anlayışlı vətəndaşlar tərəfindən dəstəklənir və Azərbaycanın daha uğurlu  müvəfəqiyyətlər qazanacağına inanırıq.  Bu böhranlı vəziyyətdəki gərgin əməyinizə,  iradə və səbrə görə Allah yardımçınız olsun. Partiyanın təsisçisi olaraq bütün  üzvlərimizlə birlikdə daim Sizin yanınızdayıq,  bütün fəaliyyətinizi dəstəkləyirik. Siz artıq elə bir məqamdasınız ki, dünyanın güclü dövlətlərinin siyasi liderləri belə  Sizinlə hesablaşmaq əzmindədir.

       Möhtərəm cənab prezident,

        Ramazan ayının xeyir və bərəkəti, nazil olan Qurani-Kərimin müqəddəsliyi xatirinə  Sizə və ailənizə Allahdan   möhkəm cansağlığı, ailə səadəti, şərəfli ömür, məsuliyyətli və gərgin işinizdə uğurlar arzulayırıq. Allah Sizləri qorusun.

Hörmətlə,

Əmir Çıraqəliyev,

Müstəqil Xalq Partiyasının təsisçisi                                 

Share