Siz xalqımızın qəhrəmanlıq, yenilməzlik, mübarizlik ruhunu özünə qaytardınız
05.05.2023Nəyi nə vaxt, necə etməyi çox gözəl bilən, dünya siyasi arenasında xüsusi yeri olan diplomat, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər Əliyevə
M Ü R A C İ Ə T
Cənab Ali Baş Komandan! Dünya hərb tarixində yeni səhifə açmış 44 günlük II Qarabağ Vətən Müharibəsində iki müxtəlif cəbhədə apardığınız uğurlu döyüşlərdən qələbə ilə çıxmağı bacardınız. Komandanlıq etdiyiniz uğurlu döyüş əməliyyatları ilə yanaşı, həm də bütün ağırlığını bilavasitə öz üzərinizə götürdüyünüz ikinci cəbhədə-informasiya cəbhəsində xalqımızın haqq səsini buxovlayan informasiya blokadasını rəşadətlə darmadağın edə bildiniz.
Müharibə ərzində dünyanın ən aparıcı informasiya kanallarına verdiyiniz çox saylı müsahibələr zamani nümayiş etdirdiyiniz diplomatik məharət, dünyəvi dillərdən, hətta dil sahiblərinin özlərindən üstün şəkildə istifadə edə bilmək bacarığınız, Azərbaycan tarixi ilə bərabər dünya tarixinə dərindən bələd olmağınız, ermənipərəst jurnalistlərin qərəzli, provakasiyon suallarına siyasi iradə və təmkinlə verdiyiniz cavablar sonda qarşı tərəfi sizə qibtə etməyə məcbur edirdi.
BMT-nin Azərbaycan Respublikasının işğal olumuş ərazilərini qeyd-şərtsiz qaytarılması barədə qətnamələri bir qərinəyə yaxın müddət ərzində diplomatların söz oyununa çevirilmişdir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının söz oyununa çevrilmiş, həyata vəsiqə ala bilməyən bu qətnamələr sizin təkbaşına siyası iradənizlə Dəmir Yumruqlu ordumuzun gücü hesabına həyat keçdi. 44 günlük müharibə ilə işğal altındakı torpaqlarımızla yanaşı xalqımızın qəhrəmanlıq, yenilməzlik, mübarizlik ruhunu özünə qaytardınız.
Küreyi-ərzin azman siyasətçisi, layiqli davamçısı olduğunuz Ulu Öndər Heydər Əliyevin arzularını, vəsiyyətini gerçəkləşdirdiniz.
İndi gözəl Qarabağımızda, o cümlədən Azərbaycanın Mədəniyyət Mərkəzi, müqəddəs Şuşa şəhərində Sizin ucaltdığınızın Azərbaycan bayrağı dalğalanır.
Artıq mən məcburi-köçkün, qaçqın deyiləm, icazə verin bizə yaşatdığınız bütün bu sevinc hissləri üçün Sizə özümün və soydaşlarımın adından dərin minnətdarlığımı bildirim. Ulu Tanrı Sizi qorusun, Ordumuzu qorusun, Xalqımızı qorusun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərmizə şəfa versin!
Bərzani Əli oğlu Abbasov,
Laçın rayon Şeylanlı kənd sakini











