Dahi şəxsiyyət Heydər Əliyevin 100 illikyubileyinə  ictimai fəal yanaşması

Dahi şəxsiyyət Heydər Əliyevin 100 illikyubileyinə ictimai fəal yanaşması

09.05.2023 Off By Füzuli İsmayılov

Bu gün müxalif mövqedə durmasından, hansısa bir səbəbdən hakimiyyətdən incik düşməsindən, mühacir həyatı yaşamasından asılı olmayaraq müstəqilliyinin ilk illərində böyük iqtisadi böhran yaşayan, parçalanmaq təhlükəsi ilə üzləşən, totalitar dövlətlərin əhatəsində yerləşməklə erməni işğalına dəstək verən həmin totalitarların mürtəce siyasətlərinə məruz qalan gərgin bir zamanda  Azərbaycan dövlətçiliyini xilas edən Heydər Əliyev siyasətini danmaq, müxtəlif bəhanələrlə siyasi don geyindirib gözdən salmaga çalışmaq ən azından Azərbaycan tarixinə ləkə gətirməyə köklənən nankorluq və siyasi mürtəce kimi qiymətləndirilə bilər.

     Yadda saxlamaq lazımdır ki, intiqam hissi ilə çalışan ağıllar dövləti dagıdar, barışıga, reallığa, həssas və şüurlu yanaşma hissi ilə çalışan ağıllar milli birliyə, güclü dövlətə sahib olar. Ən azından şüurlu vətəndaş olaraq milli birliyimizin və dövlətçiliyimizin qorunub saxlanmasına xidmət edən ağıla sahib olmaliyiq.

      Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə rolu danılmaz, xidmətləri misilsizdir. Bu görkəmli şəxsiyyətin, ilk növbədə, uca mənəviyyat sahibi olması, vətənini, millətinə dərin sevgisi, Azərbaycanın tarixi dövlətçilik ənənələrinə və milli əqidə sahibliyinə mükəmməl bələdçiliyi xüsusi əhəmiyyətə malik məqamdır.

      Ümummilli Lider Heydər Əliyev ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayriseçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etmiş oldu. Ulu Öndərin hakimiyyətinin ilk illərində güclü iqtisadiyyatın qurulması, ən yüksək tələblərə cavab verən ordu quruculuğu, hərbi potensialımızın artırılması istiqamətində misilsiz səylər qoyulmuşdu.  1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı. Bu gün Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsinin əsasları qoyuldu.

     Xalq, dövlət olaraq qazandığımız bütün qələbələr, özəlliklə, bu gün fəxrlə, qürurla yaşadığımız Böyük Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəridir.  

      Ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş irimiqyaslı işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir. Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev məktəbi davam edəcək, siyasi kursu davamçıları tərəfindən inkişaf etdiriləcək, adı və əziz xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. Bu gün  Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə tükənməz xalq sevgisi ilə bağlı olan  böyük məhəbbət, ehtiram və minnətdarlıqla Ulu Öndər ruhu şad olsun deyirik.

Əmir Çıraqəliyev,

İctimai fəal   

Share