Ölkənin tikinti sektorunda Abşeronun da xüsusi payı var

Ölkənin tikinti sektorunda Abşeronun da xüsusi payı var

18.05.2023 Off By Füzuli İsmayılov

    Dünyada tikinti sektoru iqtisadi inkişafda və iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir.

    Azərbaycanda iqtisadiyyatın başqa sahələri ilə yanaşı tikinti -quruculuq işlərinin dinamik inkişafı bu gün də diqqət mərkəzindədir. Ölkədə tikinti işlərinin çox hissəsini qeyri-dövlət müəssisələri həyata keçirir. Tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalır

    Respublikada gedən tikinti işləri ayrı-ayrı bölgələrdə uğurla həyata keçirilir. Abşeron rayonunda da tikinti sahəsində göstəricilər qənaətbəxşdir.

    2023-cü ilin yanvar-mart ayları ərzində tikinti işlərinin dəyəri 127718,3  min manat olmuşdur ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Yerinə yetirilən tikinti işlərinin 121086,1 min manatını (94,8 faizini) tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə işləri, 3454,4 min manatını (2,7 faizini) əsaslı təmir işləri, 1629,6 min manatını (1,3 faizini) сari təmir işləri, 1548,2 min manatını (1,2 faizini) sair təmir işləri təşkil etmişdir. Öz güсləri ilə yerinə yetirilmiş işlərin 1564,5 min manatı dövlət, 126153,8 min manatı isə qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən həyata keçirilmişdir.  

    2023-сü ilin yanvar-mart aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 41163,6 min manat investisiya yönəldilmişdir. Dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatlar əsas kapitala 4064,0 min manat məbləğində, qeyri-dövlət  müəssisələri isə 37099,6 min manat məbləğində sərmayə qoymuşdur.

    Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həсmi ümumi investisiyanın 93,2 faizini təşkil edərək 38358,2 min manat olmuşdur.

    Əsas kapitala yönəldilmiş vəsait bütünlüklə daxili investisiyalar hesabına formalaşmış və onun 9,9 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 90,1 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların payına düşmüşdür.

    2023-сü ilin yanvar-fevral aylarında tikinti müəssisələrində faktiki işləmiş işçilərin sayı 5820 nəfər olmuşdur ki, bu da  2022-ci ilin eyni dövrü ilə müqayisədə 70,2 faiz çoxdur. Çalışan işçilərin 322 nəfəri dövlət, 5498 nəfəri isə qeyri-dövlət sektorunda işləmişdir. 2023-сü ilin yanvar-fevral aylarında tikinti müəssisələrində faktiki işləmiş işçilərin orta aylıq nominal əməkhaqqı 684,3 manat təşkil etmiş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,5 faiz artmışdır. Dövlət tikinti müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 549,7 manat, qeyri-dövlət sektorunda işləyənlərin orta aylıq nominal  əməkhaqqı  isə 692,2 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 14,3 faiz, qeyri-dövlət sektorunda işləyənlərin orta aylıq nominal əməkhaqqı isə 31,9 faiz artmışdır.

Abbasəli Allahverdiyev,

Abşeron Rayon Statistika İdarəsinin əməkdaşı

Share