“MEDİAlab” layihəsi çərçivəsində “Sahəvi jurnalistika- texnologiya bloqları” mövzusunda seminar

“MEDİAlab” layihəsi çərçivəsində “Sahəvi jurnalistika- texnologiya bloqları” mövzusunda seminar

16.05.2023 Off By Füzuli İsmayılov

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Tariyel Ağazadə tərəfindən “Sahəvi jurnalistika- texnologiya bloqları” mövzusunda seminar keçilib.  

Seminar zamanı Tariyel Ağazadə texnobloqerlik, texnobloqun yazılma qaydası, texnoloji media platformaları və bu sahədə olan təcrübəsindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıb.

Share