Ərdoğan Adıyamanda çıxış edib: “Bir il ərzində 650 min yeni evi tikib təhvil verəcəyik”

Ərdoğan Adıyamanda çıxış edib: “Bir il ərzində 650 min yeni evi tikib təhvil verəcəyik”

20.05.2023 Off By Füzuli İsmayılov

“Seçki qutusu bizim özümüz və ölkəmiz üçün iradəmizi, üstünlüklərimizi və arzularımızı ifadə edə biləcəyimiz ən yaxşı vasitədir. Biz bunu seçkilərin birinci turunda rekord səviyyədə seçici fəallığı ilə sübut etdik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən ən çox zərər çəkmiş bölgələrdən biri olan Adıyamanda çıxışı zamanı söyləyib.

Səfər zamanı Ərdoğanı MHP sədri Dövlət Baxçalı, Rifah Partiyasının sədri Fatih Ərbakan, AKP sədrinin müavini Binəli Yıldırım və bir neçə millət vəkili müşayiət edib.

Çıxışının davamında R.T.Ərdoğan bəyan edib ki, zəlzələnin baş verdiyi Adıyaman  bölgəsində 905 mindən çox çadır və 112 mindən çox yaşayış konteyner quraşdırılıb.

“Məqsədimiz bir il ərzində 650 min yeni ev tikərək zəlzələ bölgəsini daha güclü, planlı və gözəl bir yerə çevirməkdir. Artıq yeni binalar tikilməkdədir. Məqsədimiz oktyabr-noyabr aylarında mənzilləri vətəndaşlarımıza təhvil verməkdir”, – Türkiyə prezidenti vurğulayıb.

Share