YADDAŞLARDA ƏBƏDİ İZ BURAXAN ŞƏHİD- POLKOVNİK-LEYTENANT QƏRİB BAXŞƏLİYEV

YADDAŞLARDA ƏBƏDİ İZ BURAXAN ŞƏHİD- POLKOVNİK-LEYTENANT QƏRİB BAXŞƏLİYEV

23.05.2023 Off By Füzuli İsmayılov

Torpaq uğrunda ölən varsa Vətəndir!
Vətən uğrunda Şəhid olan Qəhrəmandır!
Şəhidlik Vətənpərvərliyin, Vətənsevərliyin, Vətən qeyrətininin, torpaq təəssübkeşliyinin uca zirvəsidir!
Vətən Şəhidi Qərib öz canını, qanını, nəfəsini, Qarabağ torpağına, Laçın torpağına qurban verərək vətən qəhrəmanı kimi Ölümüylə-ölməzliyi və əbədi yaşarlığı qazanaraq
Vətən qəhrəmanı kimi Əbədiyyətə qovuşdu.

Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda öz canlarından keçərək müqəddəs qanları ilə Şanlı tarixi yazan
İkinci Qarabağ
müharibəsi zamanı əldə olunmuş qələbədə misilsiz xidmətləri olan cəsur komandirlərdən-döyüşlərdə əsgərlərindən öndə gedən yüksək rütbəli zabitlərimizdən biri də ŞƏHİD Polkovnik-Leytenant, Qızıl adam
Qərib Baxşəliyevdir.

Əslən Laçın rayonundan olan Polkovnik-Leytenant Qərib Baxşəliyev ali hərbi təhsilini başa vurub bir neçə il müxtəlif cəbhə bölgələrində xidmət etdiktdən sonra milli ordumuzun yüksək ixtisaslı hərbi kadr potensialının artırılmasına xidmət etmək məqsədi ilə 20 ilə yaxın müddət ərzində C.Naxçıvanski adına Hərbi Liseydə və H.Əliyev adına Ali Hərbi Məktəbdə müəllimlik etməklə minlərlə yüksək ixtisaslı milli zabitlərimizin yetisməsində əvəzsiz rol oynamışdır.

İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, Polkovnik-Leytenant Qərib Baxşəliyev 03 noyabr 2020-ci il tarixdə düşmən əlinə keçməmək üçün öz əli ilə şəhidlik zirvəsinə ucalmışdır. Qubadlıya qədər daşıdığı üçrəngli bayrağımızı Laçında dalğalandırmaq arzusu sağlığında reallaşmasa da, ruhu azad Qarabağ səmasında rahatlıq tapır.

44 günlük Vətən müharibəsində onun
qəhrəmanlıq səlnaməniz gənc nəsil üçün Vətənpərvərlik, vətənsevərlik Məktəbidir.
Şəhidlərimizin əziz xatirəsi bizim üçün müqəddəsdir Əzizdir, doğmadır, Əbədiyaşardır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yeri behişt oslun!
Onların müqəddəs ruhları qarşısında baş əyirik!
Qəhrəman şəhidlərmizin atalarının və analarının əllərindən ölürük!
Qarşılarında baş əyirik!

Hamlet Abbasov,

Hacıqabul rayonu R. Abdullayev adına Qubalıbalaoğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi

Share