“Qayğı” MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur

“Qayğı” MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur

14.06.2023 Off By Füzuli İsmayılov

Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildirilib ki, qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Qayğı” Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilmiş və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir.

Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur.

Share