ADPU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlığa başlayır

ADPU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlığa başlayır

19.07.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, iyulun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ardahan Universitetinin nümayəndəkəri ilə görüş keçirilib.

Görüşdə Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Doğan Saltaş, köməkçi Nurgül Moldayeva və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.

Tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi haqqında müzakirələr aparıblar.

Görüşün yekununda ilkin mərhələdə iki universitet arasında anlaşma memorandumunun imzalanması və ERASMUS+ tələbə-müəllim mübadiləsi çərçivəsində layihənin birgə hazırlanmasına razılıq əldə olunub.

Share