İlisu kənd sakini Rəhman Kamallının meyitinin aşkar edilib
03.08.2023Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq bildirilir ki, iyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.











