Hebey əyalətində daşqına görə 1 milyondan çox insan təxliyə edildi
03.08.2023Çinin şimal-şərqində yerləşən Hebey əyalətində leysan yağışları nəticəsində baş vermiş daşqınlar səbəbindən 1,3 milyona yaxın insan təxliyə olunub.
Xarici KİV-lərin verdiyi xəbərə görə yerli hakimiyyət orqanları indiyədək ümumilikdə 1 milyon 229 min nəfəri təhlükəsiz ərazilərə təxliyə edib.
Onların 857 nəfəri bilavasitə su altında qalan ərazilərin sakinidir.
Təbii fəlakətdən zərər çəkən ərazilərə 4,7 mindən çox təcili yardım briqadası göndərib. Xilasetmə əməliyyatına cəlb olunanların ümumi sayı 100 min nəfəri keçib.
Qeyd edək ki, iyulun 27-dən Hebey əyalətinin əksər hissəsi şiddətli yağışların təsirinə məruz qalıb. Sinoptiklər paytaxt Pekinin yaxınlığında yerləşən bu əyalətdə yeni yağışlar gözlənildiyini proqnozlaşdırır./Trend











