Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
09.08.2023Elm və Təhsil Nazirliyi avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub.
Müsahibələr avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.











