Türkiyənin mina məhvedicisi dünya ölkələrinin diqqətini cəlb edir

Türkiyənin mina məhvedicisi dünya ölkələrinin diqqətini cəlb edir

09.08.2023 Off By Füzuli İsmayılov

Türkiyənin yerli uzaqdan idarə olunan mina məhvedicisi dünya ölkələrinin diqqətini cəlb edir. İyun ayında Qara dənizdə keçirilən beynəlxalq təlimdə istifadə edildikdən sonra Balıkesir Universiteti texnologiya inkişafı bölgəsində böyük ölçüdə yerli imkanlarla inkişaf etdirilən uzaqdan idarə olunan dəniz mina məhvedicisinə xaricdən tələbat artmağa başlayıb.

Məhv prosesi partlayıcının yerləşdiyi obyektə kabel çəkilərək həyata keçirilir. Mina, Uzaqdan idarə olunan sınaq və partlatma cihazı (USAS) ilə şifrlənmiş siqnal göndərilərək məhv edilir.

Əlverişli hava şəraitində quruda 20 kilometr, dənizdə isə 8 kilometr məsafədən idarə oluna bilən və Türkiyə Silahlı Qüvvələrinin tərkibində istifadə edilən USAS, 9-30 iyun tarixlərində Rumıniyanın ev sahibliyi ilə Qara dənizin qərbində keçirilən, Türkiyənin də sualtı müdafiə komandası ilə qatıldığı “Avrasiya tərəfdaşlığı – 2023″ təlimində dünya ölkələrinin diqqətini çəkib.

Personalın zərər görmədən daha təhlükəsiz işləməsini təmin edən cihaza bəzi ölkələrdən, xüsusilə Rumıniyadan yüksək tələbat gəlib.

USAS-a Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan və Qırğızıstandan da tələblər artıb./Trend

Share