“Xankəndində yaşayan ermənilərin yeganə çıxış yolu”

“Xankəndində yaşayan ermənilərin yeganə çıxış yolu”

09.08.2023 Off By Füzuli İsmayılov

 Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan ermənilərin Azərbaycan Pasportunu almaq üçün müraciət etmələrinə, Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.

Rauf Bayrambəyli Rezonans.az-a açıqlamasında qeyd edib ki, Xankəndində yaşayan ermənilər artıq başa düşür ki, onların yeganə çıxış yolları, xoşbəxt və sülh içində yaşamlarını davam etmələri üçün Azərbaycan vətəndaşlığını qəbul etmələridir. Həm də onlar bilməlidir ki, Xankəndi şəhərində yaşayan ermənilərin demək olar ki, böyük bir hissəsi artıq vətəndaşlıq almaq üçün Azərbaycan dövlətinə müraciət etmişlər. Lakin Ermənistanın cahil və qeyri-peşəkar hakimiyyəti buna mane olmaq üçün müxtəlif təxribatlar törətməyə çalışır.

“Bəzi anlaqsız və ya pul müqabilində cəlb etdikləri erməni separatçılarını silahlandıraraq, Xankəndi şəhərində çaxnaşma salmağa və etiraz aksiyaları keçirmələrinə şərait yaradırlar. Lakin bunun mənası yoxdur. Azərbaycan Dövləti lazım bildiyi zaman müdaxilə etmə gücünə malikdir”,- deyə Rauf Bayrambəyli bildirib.

Share