Dəfn etmək üçün anasını gözləyirlər
15.08.2023Bir qədər əvvəl xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol qəzasında ölən Gəncə şəhər sakini 28 yaşlı Ruslan Şahin oğlu Məmmədovun dəfn edilməsi planlaşdırılırdı.
Lent.az xəbər verir ki, mərasim təxirə salınıb. Məlumata görə, mərhumun anasının Rusiyada olmasına görə dəfn mərasimi sabaha saxlanılıb.











