Qaxa istirahətə gedən 31 yaşlı Sabirabad sakini intihar etdi
15.08.2023Hadisə avqustun 14-də saat 11 radələrində Qax rayonun İlisu kəndində çay kənarında baş verib.
1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.











