Niger böhranının hərbi yolla həlli hələ də mümkündür
21.08.2023Niger ətrafındakı böhranı həll etmək üçün hərbi variant nəzərdən keçirilməkdədir. Bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel-Fatau Musah “Al Jazeera” telekanalına müsahibəsində söyləyib.
“Hərbi variant hələ də masadadır, biz onu geri götürməmişik. Biz Niger xalqı ilə döyüşmək istəmirik, bizim problemimiz hərbi xuntadır”, – deyə komissar vurğulayıb. O, həmçinin “həbs edilən Niger prezidentinin azad edilməsi və konstitusiya quruluşunun bərpasının zəruriliyi” ilə bağlı ECOWAS-ın mövqeyini təsdiqləyib./Trend











